"Olimpiakos"un futbolçusu Yorqos Masuras karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunan klubu ilə razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Trabzonspor" 28 yaşlı vinger üçün "Olimpiakos"a 3,5 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, "Olimpiakos" "Qarabağ"ın UEFA Avropa Liqasında rəqiblərindən biridir. Ağdam təmsilçisi "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.