Almaniya III liqasında 3-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi  “Erzgebirge” səfərdə "Manheym"lə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.

Nazarov start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Aue təmsilçisi 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə yer alır.