Almaniya 3-cü liqasında II turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti oyununa çıxıb.

Aue təmsilçisi öz meydanında “Osnabryuk”la üz-üzə gəlib. Matç heç-heçə başa çatıb – 1:1. Nazarov bu oyunda ilk dəqiqələrdən meydanda olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Ersgebirge” 2 turdan sonra 2 xalla 20 klub arasında 12-ci pillədə yer alır.