Azərbaycanın U-21 millisinin sabiq üzvü Ozan Can Kökçü Niderlandın "Telstar" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, sözügedən ölkənin bir digər II Liqa təmsilçisi "Eyndhoven"ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik sözləşmə imzalanıb. 

Qeyd edək ki, Kökçü karyersı ərzində ölkəmizdə "Sabah"ın, Türkiyədə "Bursaspor" və "Giresunspor"un, Niderlandda isə "Telstar"dan əlavə "Qroningen", "Valveyk", "Feyenord"un formasını geyinib.