3-cü Bundesliqa təmsilçisi "Erzegebirge" 2022/2023 mövsümü üçün komandanın kapitanlarını seçib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarov komandanın əsas kapitanı olub. Son 7 ildir ki, kapitan olan Martin Mannel sarğıdan imtina edib. Üçüncü kapitan Ulrix Taffertsxoferdir. 

Qeyd edək ki, D.Nazarov 2016-c ildən "bənövşəyilər"in şərəfini qoruyur.