Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Bununla da, “Trabzonspor” tarixində üçüncü dəfə superkubokun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı.