Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" Almaniya 3-cü Bundesliqasında yeni mövsümün ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Aue təmsilçisi 1-ci turda "Frayburq-2"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb

Nazarov sözügedən qarşılaşmada iştirak etməyib. O, qripə yoluxduğu üçün ilk oyunu buraxıb.