Türkiyənin TV8 telekanalının rəhbəri Acun İlıcalının sahib olduğu "Hall Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Antalyaspor"un cinah oyunçusu Doğukan Siniki transfer edib. 23 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

 Türkiyəli oyunçu geridə qalan mövsüm Super Liqada 31 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə millisində isə 5 matç keçirib.

Qeyd edək ki, "Hall Siti" daha öncə "Fənərbağça"dan Ozan Tufan və iranlı hücumçu Allahyar Sayadmaneşi heyətinə cəlb etmişdi.