"Yuventus" klubundan ayrılan Federiko Bernardeskinin yeni iş yeri məlum olub. 

 Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu MLS təmsilçisi "Toronto"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya millisinin üzvü ilə 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu geridə qalan mövsüm Turin təmsilçisinin heyətində 28 matçda meydanda olub.