"Şaxtyor" (Donetsk) klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.

 Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisinin sükanı arxasına xorvatiyalı mütəxəssis İqor Yoviçeviç keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı çalışdırıcı ilə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, İqor Yoviçeviç bu vəifədə Roberto De Zerbini əvəzləyib.