"Fluminense" klubunun braziliyalı hücumçusu Fred  karyerasını bitirməyə qərar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı futbolçu özü yerli mətbuata açıqlamasında verib.

Qeyd edək ki, karyerası ərzində "Kruzeyro","Lion", "Atletiko Mineyro" kimi klublarda çıxış edən 38 yaşlı hücumçu Braziliya millisində isə 39 oyunda 18 qol, 6 assistlə yadda qalıb.