“Trabzonspor” klubu yarımmüdafiəçisi Fusseni Diabate ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Malidən olan 26 yaşlı futbolçunu Serbiyanın “Partizan” klubuna satıb. Onun gələcək satışından da 5 faizinin Trabzon klubuna ödəniləcəyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, Fusseni Diabate 2020-ci ilin sentyabr ayında İngiltərənin “Lester Siti” klubundan “Trabzonspor”a transfer olunmuşdu.