"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" bu yay üçün 3-cü transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Polşa təmsilçisi Kiyev "Dinamo"sundan Georgi Tsitaişvilini 2022/2023 mövsümü üçün icarəyə götürüb.

Qeyd edək ki, Gürcüstan millisinin üzvü ötən mövsümü icarə əsasında Polşanın "Visla" klubunda keçirib.