Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında bu gün keçirilən San-Marino - Malta matçını idarə edib.
Offsideplus.az xəbər verir ki, oyun Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev sözügedən görüşdə Maltadan 3, San-Marinodan 2 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirib.