İspaniya yığmasının yarımmüdafiəçisi Tiaqo Alkantara zədə səbəbindən Millətlər Liqasında iyunda keçiriləcək oyunları buraxacaq.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədələnib. O, millinin düşərgəsini tərk edib.

Alkantara Portuqaliya, İsveçrə və Çexiya ilə iki matçda milliyə kömək etməyəcək.