Corco Kyellini İtaliya yığmasındakı karyerasını başa vuracaq.
Offsideplus.az xəbər verir ki, bu haqda məlumatı futbolçu özü açıqlayıb. 37 yaşlı müdafiəçi iyunun 1-də Argentina ilə “finalissima” adı altında keçiriləcək qarşılaşmada İtaliya yığması ilə vidalaşacaq.
Qeyd edək ki, Kyellini 2004-cü ildən İtaliya millisinin formasını geyinir.