"Qarabağ" mövsümün sonunda müqaviləsi bitəcək Xayme Romero ilə yollarını ayıra bilər.

 Məsələni dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, Xaymenin mövsümün sonunda müqaviləsi yekunlaşır. Hazırda bütün diqqətimizi çempionat və kubok oyunlarına kökləmişik. Xayme ilə bağlı qərar mövsümün sonunda veriləcək".

Qeyd edək ki, 2019-cu ildən "köhlən atlar"ın şərəfini qoruyan vinger bu mövsüm meydana çıxdığı 8 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.

Cavid Əliyev