"Zirə"nin futbolçusu Ruslan Abışov maraqlı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, müdafiəçi Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbirdə bu haqda danışıb. O, bununla bağlı ciddi yoxlamaların olduğunu bildirib.
"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm. Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 4 dəfə testdən keçmişəm. Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi dopinq qalmaqalına düşməz".