PFL-in prezident Ramin Musayev ölkə çempionatının 22-ci turunda keçirilən "Şamaxı" - "Neftçi" (1:2) oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı...
- Oyunla bağlı fikirlərinizi eşitmək maraqlı olardı...
- Əla oyun keçdi.Bu oyun bölgə üçün böyük ərmağandır. İnsanların üzündəki sevinc nəyə desən dəyərdi. Fikrimcə, "Şamaxı" pis oynamadı.
- Bölgələrdə klubların sayının artırılması prosesi davam edəcək?
- Əlbəttə! İşğaldan azad olunmuş şəhər və rayonlarda yeni klubların yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlər görülür. İnşallah, o yerlərin hamısında klub olacaq, stadion tikiləcək. Bütün rayonlarda bu işlər görüləcək.
- Bu proses nə vaxta kimi davam edəcək?
- Maliyyədən asılıdı. Bütün rayonlarda klubların olmasını istəyirik.
- Növbəti mövsüm "Şamaxı" doğma meydana tam köçəcək?
- Bunu daha yaxşı klub rəhbərliyi bilər.
- "Misli" ilə sponsorluq müqaviləsinin bağlanılması haqda nə yenilik var?
- Bu məsələ haqda Elxan Məmmədov daha yaxşı bilir.
- Bu qədər azarkeşin gələcəyini gözləyirdiz?
- Bəli, gözləyirdim. Tək Şamaxıda yox, bütün bölgələrdə azarkeşlərin marağı böyükdür. "Turan Tovuz" 1-ci diviziobda oynasa da, fanatların dətəyi çox olur.
Daşqın Əziz, Şamaxı