"Şaxtyor"un prezidenti Rinat Ahmedov sərvətinin yarı hissəsini itirib.
Offsideplus.az xəbər verir ki, Ukraynanın ən zəngin iş adamı olan Ahmedov bu barədə "Forbes" jurnalına danışıb. Onun sərvəti 12 milyard dollardan 5.7 milyarda düşüb.
"Şirkətimiz müharibədən əziyyət çəkən ukraynalıları su, yemək və tibbi avadanlıqlarla təmin edir. Hədəfimiz xalqımızı ayaqda saxlamaq və sonuna kimi onlarla olmaqdır. Ukraynanı tərk etmək fikrim yoxdur. Onlarla eyni hisləri yaşayıram".