Kişilərdən ibarət paracüdo üzrə milli komandamızda yeni təyinatlar olub.

Offsideplus.az xəbər verir ki, Azad Zahidov və Emin Beydullayev yığmanın baş məşqçisi İbrahim Ibrahimovun köməkçisi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, bu təyinatlar 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya oyunlarına səmərəli hazırlıq məqsədilə nəzərdə tutulub.