Yerli mediada yer alan xəbərə görə, millimizin sabiq hücumçusu və hazırda "Keşlə"də çıxış edən Amil Yunanova qışda Şimali Makedoniyanın "Rabotniçki" klubundan təklif gəlib, lakin maliyyə şərtlərində razılıq əldə olunmayıb.
Məsələni aydınlaşdırmaq üçün səbabkarın özü ilə əlaqə saxladıq.
29 yaşlı forvard Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, mənə bu klubdan təklif gəlmişdi. Amma bu, "Keşlə"yə gəlməmişdən öncə idi. Tək maliyyə məsələsi deyil, başqa bir səbəbə görə də o kluba keçidim alınmadı".
Qeyd edək ki, hazırda "Rabotniçki"ni 2017/2019-cu illərdə "Qarabağ"ın aşağı yaş qruplarında işləmiş 51 yaşlı Borçe Xristov çalışdırır.
Xatırladaq ki, bu xəbəri ilk olaraq "Sportal.az" saytı yayıb.
Cavid Əliyev