"Qarabağ" klubunun polşalı sabiq futbolçusu Yakub Jezniçak “Legiya”dan Zaqreb “Dinamo”suna transfer edilən Mahir Emrelinin Varşavada azarkeşlər tərəfindən döyülməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, Mahirin də Varşava təmsilçisindən ayrılmağını düzgün hesab etmədiyini qeyd edib:
“Belə hallar normal deyil və baş verməyə haqqı yoxdur. Emreli də qaydalar çərçivəsində hərəkət eləmədi, bu vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün yararlandı. Bu durumda tamamilə fərqli hərəkət edən Lukinyasa baxaq. Bununla belə, “Legiya”nın problemlərinin dərinliyinə getmək, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Klubda sadəcə, hər şeyin öhdəsindən gəlməli və problemləri yoluna qoymalıdırlar”.
Xatırladaq ki, Mahir Emreli məhz Jezniçakın çıxış etdiyi "Visla"(Plotsk) komandasıyla səfər matçından sonra Varşavaya qayıdarkən azarkeşlər tərəfindən bazada hücuma məruz qalıb və başından xəsarət alıb.