Millimizin hücumçusu Mahir Emreli Polşa "Legiya"sından rəsmən ayrılıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyi qeyd olunub.

Qeyd edək ki, 24 yaşlı forvard ötən yay "Legiya" ilə 2+1 illik sözləşmə imzalamışdı. O, çıxdığı 33 oyunda 11 dəfə rəqib qapılarına yol tapıb.