İngiltərənin "Hall Siti" klubunun yeni baş məşqçisi məlum olub.

 Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, komandanın yeni sahibi, türkiyəli iş adamı Acun İlicalı bu posta məşhur gürcüstanlı mütəxəssis Şota Arveladzeni gətirib.

Razılaşmanın detalları və məvacib barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Arveladze bu vəzifədə Qrant Makkeni əvəz edəcək.