UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Marsel" növbəti 2 transfer dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.
Offsideplus.az "L`Equipe" istinadən xəbər verir ki, FİFA Liqa 1 təmsilçisinə qadağa qoyub.
Bununla da "Marsel" növbəti 2 transfer pəncərəsi dövründə heyətinə futbolçu qata bilməyəcək.
Səbəb isə Fransa təmsilçisinin "Uatford"dan heyətinə qatdığı Pape Qeyeinin transferi zamanı qanunsuzluğun olmasıdır.
Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu fevralın 17-də Fransada, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.