"Ayaks"ın futbolçusu David Neres "Şaxtyor"a keçib.

 Offsideplus.az xəbər verir ki, bu barədə Eredeviziya təmsilçisinin rəsmi saytı məlumat verib. Donetsk klubu bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyib. 

24 yaşlı "sambaçı" ilə bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Neres 2017-ci ilin yanvarından Amsterdam təmsilçisinin şərəfini qoruyur. O, BBraziliya millisində 7 matşda meydana çıxıbv və 1 qol vurub.