Bu gün İspaniya Super Kubokunda "El-Klasiko" baş tutacaq.

Offsideplus.az  xəbər verir ki,  yarımfinalın ilk günündə  oyununda "Barselona" və "Real" qarşılaşacaq. Bu oyun Səudiyyə Ərəbistanın paytaxtında yerləşən "Kral Fahd" stadionunda keçiriləcək.Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 Qeyd edək ki, bu matçı udan komanda sabah keçiriləcək "Atletiko" ( Madrid ) - "Atletik" ( Bilbao ) cütünün qalibi ilkə qarşılaşacaq.