Mahir Emreli "Legiya"nı məhkəməyə şikayət edib.
Offsideplus.az Xorvatiyanın "24sata.hr" saytına istinadən xəbər verir ki, buna səbəb paytaxt klubunun millimizin üzvünə olan borcunu ödəməməsidir.
Həmçinin Mahir Emreli Varşava təmsilçisindən müqaviləsinə xitam verilməsini bildirib.
Qeyd edək ki, Emrelinin adı son günlər Zaqreb "Dinamo"su ilə hallanır.