"Borussiya"nın ( Dortmund ) ulduzu Erlinq Haaland "Real"da oynamaq istəyir.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı norveçli futbolçu meneceri Mino Raiolaya "kral klubu"na keçmək istədiyini bildirib. Adıçəkilən oyunçu ilə "Mançester Siti"də ciddi şəkildə maraqlanır.
Haalandın Bundesliqa təmsilçisi ilə 2024-cü ilə qədər sözləşməsi var.
Qeyd edək ki, Haaland bu mövsüm 16 maçta 19 qol və 5 məhsuldar ötürmə edib.