"Aydın məsələ idi ki, "Keşlə"dən yeni müqavilə təklifi gəlməyəcək".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Nicat Qurbanov deyib.
26 yaşlı oyunçu "Keşlə"də əsas heyətə düşə bilməməsi və klubdan ayrılığı barədə danışıb:
"Komanda daxilində hansısa bir problemim yox idi. Mənə şans verməmək Sənan müəllimin öz qərarı idi. Mən də uşaq deyiləm ki, gedim, bu barədə danışım. Sadəcə, bir məşqçi, keçmiş futbolçu kimi fikirləşə bilərdi ki, 6 ay oynamayanda klub tapmaq çətindi. Ən azından 2-3 matça buraxa bilərdi. Bu qərarı Sənan Qurbanovun vicdanına buraxıram. Düzgün və yalnış olduğunu özü daha yaxşı bilir".
Qurbanov hansısa bir klubdan transfer təklifi alması ilə bağlı da fikir bildirib:
"Hələ ki, heç nə yoxdu. Ona görə də, bu barədə nəsə deyə bilməyəcəm".
Cavid Əliyev