"Beşiktaş" klubundan ayrılan Sərgən Yalçınla bağlı şok iddia ortaya atılıb.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərənin "Hall Siti" komandasını çalışdıra bilər. Belə ki, adıçəkilən klubun səhmlərini almağa hazırlaşan türkiyəli aparıcı və iş adamı Acun İlicalı Sərgən Yalçını Çempionşip təmsilçisinin "sükanı arxasına" gətirmək istəyir.
Hazırda Qrant Makkanın rəhbərliyi altında Çempionşipdə 19-cu pillədə qərarlaşan "Hall Siti"nin durumu yaxşı deyil. Acun klubu alar-almaz baş məşqçi postuna Sərgən Yalçını gətirəcək.