Almaniya 2-ci Bundesliqasında 18-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti oyununa çıxıb. 

Aue təmsilçisi doğma meydanda “Nürnberq”lə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, “Ersgebirge” 14 xalla 17-ci pillədə qərarlaşıb.