Luiş Nani "Fluminense"dən istədiyi məbləğ bəlli olub.

 Offsideplus.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu Braziliya təmsilçisindən illik 2.3 milyon avro və 2 illik müqavilə pulu istəyib.

Xatırladaq ki, Portuqaliya millisinin sabiq üzvü bir müddət əvvəl MLS təmsilçisi "Orlando Siti"ylə yollarını ayırmışdı.

Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq" ( Lissabon ), "Mançester Yunayted", "Fənərbağça", "Valensiya" və "Latsio" kimi önəmli klubların şərəfini qoruyub.