Avstriya "Zaltsburq"unun hücumçusu Kərim Adeyemi "Barselona"nın təklifindən imtina edib.

 

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Toni Xuanmarti məlumat verib. O,19 yaşlı almaniyalı hücumçunun Kataloniya klubunda deyil, "Borussiya"da ( Dortmund ) oynamaq istəyinin olduğunu bildirib.

Adı çəkilən oyunçunu dünyanın bir sıra məşhur klubları transfer etmək niyyətindədir.

Qeyd edək ki, Adeyemi bu mövsüm "Zaltsburq"un heyətində 28 maçta 18 qol, 4 məhsuldar ötürmə edib.