Fransa 2-ci liqasında "Nans" forması geyinən Varren Bondo məşhur klubların transfer siyahısındadır.

 Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiylə "Mançester Yunayted", "PSJ,"Bavariya" və "İnter" kimi klublar yaxından maraqlanır.

Onun hazırkı komandasıyla müqaviləsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, Bondo keçən mövsümdən əsas komandaya yüksəlib. O,Fransa yığmasının müxtəlif yaş qruplarında da çıxış edib.