Ukrayna çempionatının 17-ci turunun görüşləri keçirilib.

 Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" səfərdə " Metallist"lə ( Xarkov )  üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 0:1.

Nuriyev bu matçda 64 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Kolos" ölkə çempionatında 21 xalla 9-cu yerdədir.