Madrid "Real"ının futbolçusu Luka Yoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, kral klubu"nda əsas heyətə düşməyə çətinlik çəkən 23 yaşlı serbiyalı hücumçu "Qalatasaray"ın maraq dairəsindədir.

Artıq Yoviç də "sarı-qırmızılar"ın "instaqram" hesabını izləməyə başlayıb.

Qeyd edək ki, Yoviç 2019-cu ildə "Ayntraxt"dan ( Frankfurt ) 63 milyon avroya Madrid klubuna keçmişdi.