Pola "Legiya"sının qış hazırlıq planı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi sözügedən kollektiv təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək. 

Yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.