“Qarabağ” klubunun keçmiş futbolçusu Miçel (Markos Madera) məşqçiliyə başlayıb.

Offsideplus.az xəbər verir ki, sabiq ispaniyalı yarımmüdafiəçi ölkəsinin "Lenense" klubunda məşqçiliyə başlayıb. 

Bildirək ki, Miçel 2015-2020-ci illər aralığında “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 159 oyuna 30 qol vurub. Yarımmüdafiəçi bu ilin martında, 36 yaşında karyerasını başa vurub.