Rusiyalı Viktoriya Dudakova məşqçisini vurduğu üçün sosial şəbəkə hesabında paylaşım edərək üzr istəyib.

Offsideplus.az "Matç TV"yə istinadən xəbər verir ki, Las-Veqasda keçirilən turnirdə Dudakova ikinci raundda texniki nokautla məğlub olub. Məğlubiyyətdən sonra onun məşqçisi ona yaxınlaşsa da, idmançı ona sillə vuraraq uzaqlaşıb. 25 yaşlı Dudakova üçün bu ikinci ardıcıl məğlubiyyət olub.

O, paylaşımında bunları qeyd edib: "İlk öncə məşqçimdən üzr istəyirəm. Onun belə çətin məqamda məndən üz döndərməsi, qəfəsə girmək istəməməsi məni incitdi. Bu bəhanə deyil, mən özüm üçün bəhanə axtarmıram. Mən səhv etdim, emosiyalarıma hakim ola bilmədim, idmançılara və gənc nəslə pis nümunə göstərdim. İdmansevərlərdən də üzr istəyirəm. Belə çətin vəziyyətdə yanımda olan hər kəsə təşəkkür edirəm".