"Milan" və "Sevilya" klubları "Porto"da çıxış edən Xesus Koronanı heyətinə qatmağı planlayır.
Offsideplus.az xəbər verir ki, bu mövsümün sonunda sözləşməsi başa çatacaq olan 28 yaşlı meksikalı oyunçu komandada qalmayacaq.
"Sevilya" bu transfer üçün yaya qədər gözləmək fikri var. "Milan" isə Korona keçidini qışda həll etməyi planlayır.
Qeyd edək ki, Korona 2015-ci ildən "Porto"da çıxış edir.