İngiltərə kubokunda "Marine" -"Dunston" komandalarını qarşı-qarşıya gətirən matçda maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyun zamanı meydan sahiblərinin stadionunun işıqları sönüb. Qonaqların futbolçusu Fhil Turnbull ixtisasca elektrik olduğu üçün tez bir zamanda bu işi həll edib. Meydan sahibləri adı çəkilən oyunçuya təşəkkürlərini çatdırıb.