Türkiyənin “Altınordu” klubunun üzvü Burak İnce bundan sonra karyerasını Almaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Arminiya” klubu ilə sövdələşib. Müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.

Futbolçu 2022-ci ilin iyuluna qədər “Altınordu”da çıxış edəcək. O, yeni mövsümdən “Arminiya”da top qovacaq.