Almaniya 2-ci Bundesliqasında 13-cü turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti oyununa çıxıb. 

Aue təmsilçisi doğma meydanda “Hahdenhaym”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0. 

"Dima" da bu qarşılaşmanın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı Nazarov məhsuldar ötürmə ilə diqqət çəkib. 

Qeyd edək ki, 11 xal toplamış “Ersgebirge” 17-ci pillədə qərarlaşıb.