"Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay yığmasındakı karyerasını bitirəcəyi vaxt müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.
Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir.