"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, adıçəkilən komanda Qazaxıstan Kubokunun 1/4 finalında cavab matçında "Kaysar"ın qonağı olub. Doğma meydandakı ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi bu dəfə də qalib gəlib - 2:0. 

Kurban Berdıyevin yetirmələri yarımfinalda "Astana" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Kayrat" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.