Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, hücumçunun çıxış etdiyi “Minay” 12-ci turda “Rux”un qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə sarı vərəqə alan Rüstəm 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Minay” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.