“Benfika”nın yeni prezidenti müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Portuqaliya klubunu saytı məlumat yayıb.

Komandanın keçmiş futbolçusu Rui Koşta kluba rəhbərlik edəcək. O, seçkidə 84,45% faiz səs toplayaraq, “Benfika”nın say etibarı ilə 34-cü prezidenti seçilib.
Qeyd edək ki, Rui Koşta futbolçu karyerası ərzində Portuqaliya millisi, “Benfika”, “Fiorentina”, “Milan” və digər klublarda çıxış edib.