Uzun illər Rusiyanın "Rubin"(Kazan) klubunun şərəfini qorumuş türkiyəli futbolçu Gökdeniz Karadeniz adıçəkilən ölkədə məscid inşa etdirib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu Kazanda inşa etdirdiyi məscidin açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın etməsini istəyib.

"Matç TV"yə açıqlama verən futbolçu bunları deyib:

"11 il Kazanda yaşadım, uğurlar qazandım. Bir məscid tikdirmək istədim. Kalinino bölgəsində müsəlmanlar var, amma məscid yox idi. Pandemiya səbəbindən açılış gecikdi. Açılışı Rəcəb Tayyib Ərdoğanı etməyini istəyirəm, bu, mənim xəyalımdır".

Qeyd edək ki, Gökdeniz "Rubin"in heyətində Rusiya çempionu, Rusiya Kuboku və Super Kubokunun qalibi olub.